Bakı 5 saylı “ASAN xidmət” mərkəzində, Sumqayıt və Bərdə “ASAN xidmət” mərkəzlərində bina və qurğuların tikinti-quraşdırma işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən işləri, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, baytarlıq preparatlarının satışı, qiymətli metalların və qiymətli daşların dövriyyəsi, tibb və əczaçılıq fəaliyyətləri, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası), şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilib.
Ümumiyyətlə, indiyədək İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 200-dən artıq xüsusi razılıq (lisenziya) verilib.