Azərbaycan-İran müştərək iqtisadi komissiyasının növbəti iclasının tarixi açıqlanıb
17 dekabr, 2015 10:47
Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, iclas Tehran və Təbriz şəhərlərində baş tutacaq.
Yekunda protokol imzalanacaq. İclas çərçivəsində həmçinin biznes forum da olacaq.
“Bu görüşün iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün münbüt zəmin yaradacağına əminik”, diplomat əlavə edib.
Qeyd edək ki, müştərək komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, İran tərəfindən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizidir.
Pərvanə Sultanova