“Sarı gəlin” yenidən Belqradı coşdurdu
16 dekabr, 2015 11:34
Bu yaxınlarda NIT qrupunun xanım müğənnisi İvana Munca Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” mahnısına yenidən qayıdıb.
O, Belqradda konsertlərin birində “Sarı gəlin”i təkrar səsləndirib.
Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Nərgiz Məmmədova Gün.Az-a bildirib ki, bu ölkədə Azərbaycan mədəniyyətinə, musiqisinə maraq böyükdür, “Sarı gəlin” isə xüsusilə sevilir. N.Məmmədova gələcəkdə ölkəmizin digər sevilən əsərlərinin də serbiyalı müğənni tərəfindən səsləndiriləcəyini vurğulayıb.
“Yaxın vaxtlarda gözəl mahnımız “Gəl ey səhər”in Azərbaycan dilində ifasını nəzərdə tutmuşuq”.