Xəbərlər

BQXK itkin düşmüş səxslərin yenilənmiş siyahısını təqdim edib
16 dekabr, 2015 11:25

Bu barədə  BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Məlumatda deyilir: “Atəşkəs haqda razılaşmadan 20 ildən çox keçməyinə baxmayaraq ailələr hələ də Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş əzizlərinin taleyindən bixəbərdir.

Bunu aydınlaşdırmaq yönündə səylərinin bir hissəsi kimi, BQXK münaqişə tərəflərinə Bakı və Yerevan nümayəndəliklərinin və Dağlıq Qarabağdakı missiyasında qeydiyyatdan keçirilmiş 4 min 496 nəfər itkin şəxsin adı olan yenilənmiş siyahı təqdim edib.

Siyahı sonuncu dəfə 2004-cü ildə təqdim olunub və o vaxtdan bəri BQXK, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyaları və itkinlərin ailələri ilə sıx işləyərək silahlı münaqişə dövründə itkin düşmüşləri qeydiyyatdan keçirib və bu şəxslərin işlərilə ardıcıl məşğul olub”.

Qeyd edilib ki, beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün əlindən gələni etməlidir:

“BQXK inanır ki, yenilənmiş siyahı hakimiyyət nümayəndələrinə məlumatı ümumiləşdirməkdə və bu yöndə səylərini artırmaqda kömək edəcək. BQXK, neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olaraq tərəflərə öz təcrübəsi ilə və onların arasında neytral vasitəçi kimi dəstək verməkdə davam edəcək.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı,BQXK 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir və münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması təşkilatın ümdə məqsədlərindəndir”.

Pərvanə Sultanova

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.