İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir neçə hərbi qulluqçusuna ali hərbi rütbə verib
14 dekabr, 2015 10:19
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
ERtv.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, sərəncamda qeyd olunur ki, polkovniklərValeh Cümşüd oğlu Abdullayevə, Şahmar Ənvər oğlu Paşayevə, Ramil Nazim oğlu Cəfərova general-mayor ali hərbi rütbəsi verilir.