Xəbərlər

İlin sonuna Azərbaycanda 4 faiz illik artım və inflyasiya gözlənilir
14 dekabr, 2015 10:16

Bu ilin sonuna Azərbaycanda təxminən 4 faizlik iqtisadi artım gözlənilir.

ERtv.Az xəbər verir ki, bu barədə “APA-Economics”ə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev əlavə edib ki, ilin sonuna inflyasiya 4 faiz səviyyəsində olacaq.

Xatırladaq ki, Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonuna ölkə üzrə ÜDM istehsalının 57,2 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,3% real artım deməkdir. Sənəddə qeyd olunub ki, bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan 3,9 mlrd. manat və 1,1 faiz-bənd aşağıdır.

Yeri gəlmişkən, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8% olmaqla, ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında Azərbaycanda inflyasiyanın 2,3% həcmində olacağı proqnozlaşdırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.