Xəbərlər

SOCAR: “Günəşli”də baş verə biləcək istənilən ekoloji fəsadın qarşısı alınacaq”
14 dekabr, 2015 10:12

“Günəşli”dəki 10 saylı dərin dəniz özülü ətrafında ekoloji vəziyyət nəzarət altındadır.

ERtv.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə dekabrın 4-də qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssislərindən ibarət yaradılmış birgə işçi qrupunun həyata keçirdiyi tədbirlər planı çərçivəsində əraziyə əlavə olaraq xüsusi təchiz edilmiş 6 gəmi cəlb olunub.

Həmin gəmilərdən 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq üçün xüsusi bonları su səthinə düzüb.

Bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəslə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınır.

Xatırladaq ki, dünya təcrübəsində dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə əsasən iki tip - optik və radar peyk təsvirlərindən geniş istifadə olunur. Dekabrın 8-də “Günəşli” yatağı və onun ətrafının peyk çəkilişləri aparılıb və yataq ətrafında neft ləkələri müşahidə olunmayıb. Qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, çəkilmiş şəkillər olan ərazilər “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizinin radar tipli peyk təsvirlərini analiz edərək, “Günəşli” yatağı və “Neft Daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələrin müşahidə edilmədiyini təsdiqləyib. Görülən işlər sübut edir ki, “Günəşli” yatağındakı qəza nəticəsində baş verə biləcək istənilən ekoloji fəsadın və ərazinin ekoloji durumuna mənfi təsir edə biləcək hadisələrin qarşısı alınacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.