Çempionlar Liqasında 1/8 final oyunlarının püşkü atıldı.
ERtv.Az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkatmada UEFA-nın baş katibi Canni İnfantino, məşhur utbolçu Xavyer Zanetti və UEFA-nın digər rəsmisi Corcio Marketti iştirak ediblər.
1/8 final mərhələsinin ilk oyunları 16-17 və 23-24 fevralda, cavab görüşləri isə 8-9 və 15-16 martda keçiriləcək.
“Gent” (Belçika) – “Volfsburq” (Almaniya)
“Roma” (İtaliya) – “Real Madrid” (İspaniya)
PSJ (Fransa) – “Çelsi” (İngiltərə)
“Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya)
“Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)
PSV (Hollandiya) – “Atletiko Madrid” (İspaniya)
“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)
“Dinamo Kiyev” (Ukrayna) – “Mançester Siti” (İngiltərə)