Xəbərlər

İtaliyanın Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini əks etdirən loqo təqdim olunub
15 dekabr, 2015 14:47

AZƏRTAC-a istinadən xəbər verir ki, loqoda İtaliya bayrağının rənglərinə - ağa, qırmızıya, yaşıla bürünmüş Kolizey amfiteatrı əks olunub.

Tədbirdə çıxış edən İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo bildirib ki, bu loqo təkcə Romanın deyil, bütün İtaliyanın dünya idmanına töhfə verməsini göstərir. O deyib: “Hamımız bu önəmli tədbir üçün komanda halında birləşməliyik”.

Təşkilat Komitəsinin prezidenti Luça Di Montezemolo Romanın öz mədəniyyəti, gözəlliyi, eyni zamanda, müasirliyi və gənc ruhu ilə ən möhtəşəm Yay Olimpiya Oyunlarından birinə ev sahibliyi etmək iqtidarında olduğunu bildirib. 

“Biz Oyunları keçirməyə namizədliyini irəli sürmüş Paris, Los-Anceles və Budapeşt üçün güclü rəqib olduğumuzu və bu titulu almaq istiqamətində gecə-gündüz çalışacağımızı demək istəyirik. Təşkilat Komitəsi olaraq çox gözəl başa düşürük ki, Olimpiya Oyunları Romanın və bütünlüklə İtaliyanın potensialını nümayiş etdirmək üçün əvəzsiz imkandır. Məhz bu baxımdan biz bu Oyunları möhtəşəm idman bayramına çevirmək istəyirik. Əminik ki, bu yolla bütün dünyanın diqqəti İtaliyada olacaq”, deyə o əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.