İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri başa çatıb
11 dekabr, 2015 19:05
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndirildi.
Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.
İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri artıq başa çatıb.
Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola saldılar. (Azərtac)