Xəbərlər

“Qəbələ” və “Qarabağ”-ın çıxışlarına sözardı
11 dekabr, 2015 18:57

Futbol ölkəsi olmayan, maddi-texniki bazası kifayət qədər güclü olmayan Azərbaycan kimi ölkədə bunu tarixi uğur kimi qiymətləndirmək olar.

Amma bu uğur davam etdirilə bilmədi.

Təəssüf ki, hər iki klubumuz qrupdan çıxa bilmədi. “Qarabağ” yalnız 1 qələbə qazandığı halda, “Qəbələ” Avroliqa ilə qələbəsiz vidalaşdı. Heçnə etmədilər, oynaya bilmədilər desək, hər halda onların verdiyi əməyi heçə endirmiş olarıq. Bacardıqlarını etdilər. Bacardıqları da bu idi. Özümüzü öldürməklə deyil. Nəyi bacardılarsa onun da qarşılığında ortaya nəticə çıxdı.

Futbolçuların fərdi ustalığı, oturuşmuş heyət və maddi-texniki bazası nisbətən normal olan “Qarabağ”ın qrupdan çıxacağını bəlkə də gözləmək olardı. Amma işin tərsliyindən çox güclü rəqiblərlə eyni qrupda yer aldılar. “Qəbələ”də isə vəziyyət fərqli idi. Çünki bu klubun qrupa vəsiqə alması belə göydəndüşmə kimi bir şey idi. Klub özü də bilirdi ki, qrupda işləri çətin olacaq və gedə biləcəkləri yerə qədər gedəcəklər. Nəticə etibarilə hər iki klub eyni aqibətlə üzləşdilər.

Hər iki klubun kifayət qədər səhvləri oldu. İnanıram ki, biraz daha diqqətli olsaydılar və heyətə daha təcrübəli oyunçu qatılsaydı vəziyyət indikindən fərqli olardı.

Amma bununla belə oturub hər iki klubu söküb-yığası deyilik. Avroliqa bizə yeni olan mərhələdir. Burda 1-2 dəfə qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğurlar qazanmağı gözləmək özümüzü aldatmaqdan baş bir şey deyil.

Uzun illərdir qruplara vəsiqə qazanan təcrübəli Avropa klubları belə qrupdan çıxa bilmirlər. Doğrudur, bu bizə uğursuzluğa bəhanə qazanmaq üçün səbəb vermir, amma hər halda müqayisə üçün qeyd edilməlidir.

Burada bir məsələ də var ki, əgər biz klublarımızdan Avroliqada daha yüksək nəticələr gözləyiriksə, o zaman Azərbaycan çempionatının səviyyəsi də yüksəlməlidir. Burada zəif klublarla oynayıb Avropada nəhənglərlə qarşılaşnda əlbəttə ki, təcrübə baxımında fil ilə qarışqanın müqayisəsi ortaya çıxacaq.

Təsəvvür edin ki, burada “Zirə”, “Rəvan”. “Sumqayıt”la (P.S. – Məqsəd bu klubları təhqir etmək deyil, sadəcə güc üçün müqayisə verirəm) qarşılaşırsan, sonra da gedib “Borussiya Dortmund”, “Tottenhem”, “Monako” kimi klublarla mübarizə aparırsan.

Demək istədiyim odur ki, Azərbaycanda heç olmasa ən pis halda “Qarabağ” və “Qəbələ” səviyyəsində 5-6 klub olsa, klubların oyun təcrübəsi və futbolçuarın fərdi keyfiyyətləri daha yüksələr.

Əlqərəz. Biz Avropa arenasında hələlik yalnız qrup mərhələsi ilə kifayətlənə bilərik. Acı olsa da həqiqət budur. Burda nə “Qarabağ”, nə də “Qəbələ” təkbaşına günahkar deyil. Yuxarıda sadaladığım bütün faktorlar əsas rol oynayır.

Amma bir də vacib məsələ budur ki, klublarımız qrupdan çıxmasa belə, hər il qruplara vəsiqə qazanmalıdırlar. Çünki, burada qalıcı olmaq vacib şərtdir. Qalıcı olduqca təcrübə daha da artar. Bax, onda daha yüksək nəticələr gözləyə bilərik.

Yeni tarixlərin yazılması ümidi ilə...

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.