Rəşid Behbudov anılacaq
11 dekabr, 2015 18:57
Gün.Az xəbər verir ki, həmin gün 14-də saat 11:45-də Fəxri Xiyabanda Rəşid Behbudovun məzarı önündə anım mərasimi keçiriləcək.
Mərasimdə sənətkarın yaxınları, mədəniyyət və incəsənət xadimləri, Rəşid Behbudov sənətinin pərəstişkarları iştirak edəcəklər.
Həmin gün saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin müğənninin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq.
Qeyd edək ki, prezident İlham Əliyev 18 mart 2015-ci il tarixdə Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı görkəmli musiqiçiyə həsr olunmuş tədbirlər davam edir, o cümlədən təntənəli yubiley mərasiminə hazırlıq görülür.