SOCAR ötən ay büdcəyə ödədiyi vəsaiti açıqlayıb
11 dekabr, 2015 18:30
SOCAR-ın saytına istinadən xəbər verir ki, ümumiyyətlə, 2015-ci ilin yanvar-noyabr aylarında şirkət tərəfindən büdcəyə 1 milyard 404 milyon 875 min manat vəsait ödənilib.
Bundan əlavə, cari ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 189 min manat vəsait köçürüb.
Qeyd edək ki, bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 571 min manat və ya 105,4 faiz çox olub.
2015-ci ilin yanvar-noyabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 126 milyon 606 min manat təşkil edib.