Xəbərlər

Mənzilin və yaxud kommersiya obyektinin satışı zamanı ödəniləcək verginin məbləği təsdiqlənib
11 dekabr, 2015 18:29

Mənzilin və yaxud kommersiya obyektinin satışı zamanı ödəniləcək verginin məbləği təsdiqlənib.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2016-cı ildən etibarən daşınmaz əmlakların satışının vergiyə cəlb edilməsi qaydaları  dəyişdirilib.  Əgər əvvəllər evin satışının təxminən 18-20%-i vergiyə cəlb edilirdisə, bundan sonra bu əmlakın qiymətinin 2-5% civarında olacaq. Əgər satıcı satdığı mənzildə 5 il müddətində qeydiyyatda olubsa, onda belə mənzillər vergidən azad olunur.

Gün.Az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov CBC-yə müsahibəsində deyib ki, əvvəllər bu müddət 3 il idi. 

“İndi əgər vətəndaş 5 ildən az müddətdə yaşadığı mənzili satırsa, artıq o, vergiyə cəlb olunur.  Amma vergiyə cəlb olunma onun dəyərindən yox, onun sahəsindən və yerləşdiyi ərazidən asılı olaraq hesablanacaq. Məsələn, vətəndaş  100 kv.metrlik mənzili satırsa, 5 il müddətində hər kvadrat metrə görə 15 manat vergi bazası hesablanır. Lakin mənzilin yerləşdiyi ərazidən asılı olaraq, bu məbləğə əmsallar tətbiq olunacaq. Əgər vətəndaş satdığı mənzildə 5 ildən artıq yaşayıbsa, onda vergi ödənilmir”.

N.İbrahimovun fikrincə, bu qayda həmçinin tikinti şirkətlərinə də sərf edəcək. Çünki onlar üçün məbləğ 45 manatdan hesablanır:

“Əvvələr, tikinti şirkətləri inşaat ərəfəsində vergi verməyə sövq edilirdi. Yeni qaydaya görə, satış yoxdursa, vergi də ödənilməyəcək. Yəni, şirkət artıq satışdan əldə etdiyi gəlirdən vergi verəcək. Bu da inşaat şirkətlərinə əldə olan vəsaiti tikintiyə yönəltməyə imkan verəcək”.

Vergi necə hesablanacaq...

1 kv.m. üçün hesablanacaq verginin baza məbləği ölkə üzrə 15 manat təşkil edəcək. Baza məbləği satılan əmlakın yerləşməsindən asılı olaraq zona əmsallarına uyğun olaraq dəyişəcək. Bakı şəhəri üzrə əvvəllər müəyyən edilmiş 12 zona üzrə 6 növ əmsal tətbiq ediləcək. 1-ci zona üzrə - 4,0 əmsalı (hər kv.m. üçün 60 manat), 2-ci zona üzrə - 3,0 əmsalı (hər kv.m. üçün 45 manat), 3 və 4-cü zonalar üzrə - 2,2 əmsalı (hər kv.m. üçün 33 manat), 5 və 6-cı zonalar üzrə - 1,8 əmsalı (hər kv.m. üçün 27 manat), 7, 8 və 9-cu zonalar üzrə - 1,5 əmsalı (hər kv.m. üçün 22,5 manat), 10, 11 və 12-ci zonalar üzrə - 1,2 əmsalı (hər kv.m. üçün 18 manat) tətbiq olunacaq.

Ölkənin digər ərazilərində - Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1,5 əmsalı (hər kv.m. üçün 22,5 manat) , Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə 1,2 əmsalı (hər kv.m. üçün 18 manat), digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,5 əmsalı (hər kv.m. üçün 7,5 manat) tətbiq olunacaq.

Ekspertlər deyir ki, bu ilin əvvəlindən mənzillərin satışının vergiyə cəlb edilməsi, satışdan 18-20%-dək verginin tutulması bazarda satıcıların narazılığına səbəb olmuşdu. Onlar əllərində olan əmlakı satmağı məqbul hesab etmirdilər. Ona görə, bazardan əmlakların satışını çıxarırdılar. Amma indi məbləğ 2-5% təşkil etdiyinə görə, həmin satıcıların bazara qayıdacağı ehtimal olunur. Bu da nəticə etibarilə bazarın müəyyən qədər canlanmasına gətirib çıxaracaq.

Alqı-satqı ilə məşğul olan mütəxəssislərdə yeni qanunun əmlak bazarına müsbət təsiri olacağını düşünürlər. Makler Mirsaib Abbasov yeni dəyişiklikləri bəyənir:

“Bunun əmlak bazarına böyük xeyri olacaq. Bbu gün bazarda alver yoxdur,  mənzilin satışı zamanı hər iki tərəfdən vergi yığıldığına görə, yox səviyyəsindədir. Təzə qanuna görə bazarda müsbət canlanma olacaq. Biz  alqı satqıda irəliləyiş gözləyirik. Əvvəlki verginin dəyəri çox yüksək idi  vətəndaşlara ev satmaq sərf eləmirdi”.

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı əmindir ki, dəyişiklik bazarda qiymət artımının yaranmasına səbəb olmayacaq. Çünki qiymət artımları onsuz da indiki mərhələdə müsbət nəticə vermir, əksinə bazarın iflic vəziyyətinə gəlib çıxmasına səbəb olur.

Value&Sources consulting company şirkətinin icraçı direktoru Rəşad Əliyev fins.az-a açıqlamasında bildirib ki,  yeni dəyişiklik yaşayış evləri bazarında təsirsiz keçəcək. Çünki hazırda makroiqtisadi şəraiti daşınmaz əmlak bazarını depressiya şəraitində saxlayır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, vergi məbləği satışla bağlı xərcləri müəyyən edir, yəni bir sözlə desək təklif qiymətlərinə təsir edir. Bəzi əmlakların satış xərcləri artacaq, ancaq əksəriyyətinki azalacaq bu da satıcılara əlavə manevr imkanları yaradacaq.

Alıcıların diqqətinə: vergi ödəmək öhdəliyi satıcıya aiddir, aldanmayın

Lakin ekspert alıcıları da ayıq-sayıq olmağa çağırır:

“Bizdə vergi mədəniyyətinin aşağı olmasını nəzərı alsaq istisna deyil ki, bəzi satıcılar vergi xərclərinin bir hissəsini alıcının “boynu”na qoymağa cəhd eləsin. Ancaq alıcılar sayıqlı olmalıdılar, çünki vergi ödəmək öhdəliyi satıcıya aiddir”.

Ümumilikdə götürdükdə yeni vergiqoyma sistemi əvvəlkindən daha sadədir və qismən güzəştlidir. Ancaq onun nə qədər güzəştli olması haqda nəsə demək çətindir, çünki yeni dəyişikliklərdən eyni zamanda udanlar və uduzanlar var. Hesab edirik ki, əksər satıcılar üçün yeni sistem əvvəlkindən daha əlverişlidir. Yeni sistem mükəmməllikdən uzaqdır və buna görə müvəqqəti (bir neçə il) xarakter daşıyacaq. Buna görədə alıcılara tövsiyyə edirik ki, alqı-satqı müqavilələrindəki qiymətlərə fikir versinlər və azaldılmasına imkan verməsinlər. Çünki əvvəlki sistem nə vaxtsa qayıda bilər.Yaxudda gələcəkdə istisna deyil ki, yeni sistem hazırki istiqamətdə təkmilləşdirilsin.

Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri şərh edən Vergilər naziri Fazil Məmmədov bildirib ki, bu, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına xidmət edəcək. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.