Ermənilər azərbaycanlılara məxsus məscidi İrana verir
10 dekabr, 2015 17:54
Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına daxil ediləcək. Dövlət qeydiyyatından keçdikdən sonra isə İranın bu ölkədəki səfirliyinə icarəyə verilməsi barədə müqavilə imzalanacaq.
Müqavilə 99 illiyə imzalanacaq və məsciddən İran səfirliyinin mədəniyyət mərkəzi kimi istifadə olunacaq.
Qeyd edək ki, məscid 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xan Qacarın əmri ilə tikilib.