Xəbərlər

Şahmar Mövsümov beynəlxalq toplantıya qatılıb
10 dekabr, 2015 17:43

Dövlət Neft Fondundan (ARDNF) daxil olan məlumata görə, 2015-ci il 9-10 dekabr tarixlərində Ukraynanın Kiyev şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 31-ci iclası keçirilir.

MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, ARDNF-in İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

2016-cı il MHŞT üzrə Qlobal konfrans öncəsi İdarə Heyətinin iclasında Qiymətləndirmə prosesi, daxili idarəetmə və MHŞT Standartına dəyişikliklər üzrə müzakirələr aparılıb.

İdarə Heyətinin üzvləri Günəşli yatağının 10-cu platformasında baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan nümayəndə heyətinə baş sağlığı verib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.