Döyüşdən imtina edən çempionun titulu əlindən alındı
09 dekabr, 2015 22:25
ANS PRESS-ə istinadən xəbər verir ki, o, bir müddət öncə Vladimir Kliçkonu məğlub edərək, IBF versiyası üzrə çempionluq kəmərindən məhrum olub.
Buna səbəb Fyurinin IBF versiyası üzrə çempionluq tituluna mütləq namizəd Vyaçeslav Qlazkovla döyüşdən imtina etməsidir. Bu xəbəri IBF nümayəndəsi Lindsi Taker də təsdiqləyib.
Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın Düsseldorf şəhərində Kliçko ilə keçirilən 12 raundlu döyüşün nəticəsində 115-112, 115-112 və 116-111 hesabı ilə 27 yaşlı Fyuri qələbə qazanıb.
25 döyüşdə qələbə qazanan və heç birində məğlub olmayan Fyuri Kliçko ilə döyüşünün yekununda WBA, WBO, IBF və İBO-ya görə dünya çempionu kəmərinə sahib olub.