Xəbərlər

“Real Madrid”dən 8 qol, “Mançester Yunayted” ÇL ilə vidalaşdı – Çempionlar Liqasında gecənin nəticələri
09 dekabr, 2015 22:24

A qrupunda liderliyi təmin edən Madrid “Real”ı öz meydanında “Malmö”nü meydana çıxmağına peşman edib. İsveçlilər qapılarında 8 qol görüblər. Növbəti mərhələyə vəsiqənin digər sahibi PSJ isə “Şaxtyor”u məğlub edib. Bu qrupda ən maraq doğuran məsələ hansı komandanın Avropa Liqasına yollanacağı idi. Ukraynalılar və isveçlilər eyni xala malik olsalar da, əlavə əmsallara görə, Luçeskunun yetirmələri çıxışlarını ikinci dərəcəli turnirdə davam etdirəcəklər.

B qrupunda hər iki matç böyük maraq kəsb edirdi. “Volfsburq”, “Mançester Yunayted” və PSV növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını son ana qədər saxlayırdılar. Hollandiya təmsilçisi öz meydanında Moskva MOİK-inə qalib gələrək digər oyunda “Volfsburq”un da qələbəsindən istifadə edib və növbəti mərhələyə adlayıb. “Mançester Yunayted” isə almanlara yenilərək Çempionlar Liqası ilə vidalaşıb və Avroliqaya vəsiqə qazanıb.

Bu tura qədər C qrupunda növbəti mərhələyə adlayan komandalar artıq bəlli idi. “Benfika” ilə “Atletiko”nun görüşü qrup birincisinin kimliyinə aydınlıq gətirib. İspanlar səfər qələbəsi sayəsində mərhələni lider kimi keçib. Qrupun digər matçında isə “Qalatasaray” “Astana”nı qəbul edib. Türkiyəlilər heç-heçə edərək mübarizəni Avropa Liqasında davam etdirmək şansı qazanıblar.

D qrupunda da 1/8 finala adlayan hər iki komandanın adı məlum olsa da, “Sevilya”nın qonağı olan “Yuventus” məğlub olaraq liderlik şansını əldən buraxıb. “Mançester Siti” isə öz meydanında Münhenqladbax “Borussiya”sına qalib gəlib. Bu qələbə “şəhərlilər”ə liderlik üçün bəs edib.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

VI tur

8 dekabr

A qrupu

 

PSJ (Fransa) – “Şaxtyor” (Ukrayna) - 2:0
Qollar: Lukas, 57, İbrahimoviç, 86

 

“Real” (Madrid, İspaniya) – “Malmö” (İsveç) - 8:0

Qollar: Benzema, 12, 24, 74, Ronaldo, 39, 47, 50, 59, Kovaçiç, 70

 

1.

Real Madrid

6

5

1

0

19:3

16

2.

PSJ

6

4

1

1

12:1

13

3.

Şaxtyor

6

1

0

5

7:14

3

4.

Malmö

6

1

0

5

1:21

3

 

 

B qrupu

 

“Volfsburq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 3:2

Qollar: Naldo, 14, 84, Vierinyo, 29 - Martial, 10, Gilavogi, 82 (öz qapısına)

 

PSV (Hollandiya) – MOİK (Moskva, Rusiya) - 2:1

Qollar: De Yonq, 78, Propper, 85 - Caqoyev, 76 (pen.)

 

1.

Volfsburg

6

4

0

2

9:6

12

2.

PSV

6

3

1

2

8:7

10

3.

Mançester Yunayted

6

2

2

2

7:7

8

4.

MOİK

6

1

1

4

5:9

4

 

 C qrupu

 

“Benfika” (Portuqaliya) – “Atletiko” (İspaniya) - 1:2

Qollar: Mitroğlu, 75 - Nigez, 33 Vietto, 55

 

“Qalatasaray” (Türkiyə) – “Astana” (Qazaxıstan) - 1:1

Qollar: Selcuq, 65 - Tvumasi, 63

 

 

1.

Atletiko

6

4

1

1

11:3

13

2.

Benfika

6

3

1

2

10:8

10

3.

Qalatasaray

6

1

2

3

6:10

5

4.

Astana

6

0

4

2

5:11

4

 

 

D qrupu

 

“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Münhenqladbax, Almaniya) - 4:2

Qollar: Silva, 16, Sterlinq, 80, 81, Boni, 85 - Korb, 19, Rafael, 43

 

“Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) - 1:0

Qol: Llorente, 65

 

1.

Mançester Siti

6

4

0

2

12:8

12

2.

Yuventus

6

3

2

1

6:3

11

3.

Sevilya

6

2

0

4

8:11

6

4.

Borussiya M

6

1

2

3

8:12

5

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.