Əşrəf Abbasovun 95 illiyinə həsr olunmuş elmi konfrans təşkil olunacaq
09 dekabr, 2015 22:24
Daha sonra Əşrəf Abbasovun musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndirliləcək.
Qeyd edək ki, Əşrəf Abbasov 1920-ci ildə Şuşada anadan olub. Sənətkar 1965-ci ildə Azərbaycanın ilk uşaq baleti olan “Qaraca qız”ı yazıb.
O, fortepiano və orkestr üçün “Konsert” əsərinin, “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik” simfonik poemalarının, “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda” operettalarının, bir çox instrumental əsərlərin, xor, mahnı və romansların, həmçinin “Ü.Hacıbəyli və onun “Koroğlu” operası” və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir.