Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirəcək
09 dekabr, 2015 22:23
Aktiv məşğulluq tədbiri həmçinin işəgötürənlər üçün gələcəkdə ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradacaq.
Tədbirdə dövlət və özəl sektora aid müəssisələrdə olan boş (vakant) iş yerlərinin də təklif olunması, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində Əmək birjaları vasitəsilə müvəqqəti işlərdə çalışmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.
Dövlət Məşğulluq Xidməti cari ilin 11 ayında 9 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri keçirib.
Bu tədbirlərdə 338 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib, 3014 nəfər tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV) təqdim olunub.