"Reuters"-in Türkiyənin baş naziri Əhməd Davudoğluna istnadən verdiyi məlumata görə, Türkiyəylə Avropa İttifaqı ilə münasibətlərdə yeni dövr başlayır.
"Bununla bağlı mən çox nikbinəm. Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması 6, ən uzağı 9 aydan sonra reallaşacaq”, deyə Ə.Davudoğlu bildirib.
Ötən gün parlamentdə çıxış edən Ə.Davudoğlu bildirmişdi ki, Türkiyə Avropaya inteqrasiya prosesini sürətləndirəcək:
“Avropa İttifaqında tamhüquqlu üzvlük bizim üçün çox önəmlidir. Biz danışıqlar prosesini sürətləndirəcəyik, məhkəmə sistemimizi təkmilləşdirəcəyik.
Avropa İttifaqına üzv olmaq üzrə milli planı reallaşdıracayıq və 2016-ci ildən Türkiyə vətəndaşları azad şəkildə Avropa İttifaqı ölkələrinə səfər edə biləcəklər”.