BP-nin prezidenti “Günəşli” hadisəsi ilə bağlı başsağlığı verib
08 dekabr, 2015 13:32
AZƏRTAC-a istinadən xəbər verir ki, Bob Dadli məktubda aşağıdakıları deyib:
““Günəşli” yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar bp şirkəti adından dərin hüznlə başsağlığımızı qəbul edin. Sizə və Azərbaycan xalqına dərindən kədərləndiyimizi bildirir, bütün xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik. Bu çətin vaxtda bp daimi və tam dəstək göstərərək SOCAR-la birgə olduğunu bəyan edir. Həlak olan işçilərin ailələrinə səbr diləyirik”.
Gün.Az