Güləşçi avtomobilində güllələndi
08 dekabr, 2015 13:32
Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın YJC xəbər saytı məlumat verib.
Məlumata əsasən, naməlum şəxslər idmançının avtomobilinə atəş açıblar. F.Qənbəri 7 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda həlak olub.
Hadisənin təfərrüatı açıqlanmır. Faktla bağlı cinayət işi açılıb.