Xəbərlər

“Günəşli”dəki yanğın hələ davam edir
08 dekabr, 2015 13:26

APA-ya istinadən xəbər verir ki, “Günəşli” neft yatağındakı məlum faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.

Məlumata görə, gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib. Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub.

Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.