Noyabrda BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub
08 dekabr, 2015 13:25
SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon 373 min 898 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabr ayının 1-ə qədər BTC-yə 290 milyon 213 min 744 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 min 299 ton Türkmənistan nefti nəql olunub.