Putin Prezident İlham Əliyevə başsağlığı verib
06 dekabr, 2015 16:31
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.
ERtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:
“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm.