Xəbərlər

Dəhşətli yanğından xilas olan neftçi: “Qayıq sınanda hamımız suya töküldük”
07 dekabr, 2015 13:20

Çıxış yolu yox idi. Yuxarıda alov təhlükəsi var idi, aşağıda dəniz təlatümlü idi.

ERtv.Az trend-ə istinadən xəbər verir ki, “Günəşli” yatağında baş vermiş dəhşətli yanğının təfərrüatlarını Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicə alan neftçi Ənvər Əliyev danışıb:

“Çıxış yolu yox idi. Yuxarıda alov təhlükəsi var idi, aşağıda dəniz təlatümlü idi. Yenə də qərara gəldik ki, platformada qalmayaq. Qayıqlara mindik. Mən sınan qayığın içərisində idim. Qayıq sınanda hamımız suya töküldük, sınmış qayığın parçalarına yapışıb durmuşduq. Dalğa vurub yanımızdakı parçanı və yoldaşları harasa uzağa apardı. Onların sonrakı taleyindən xəbərimiz olmadı”.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.