Xəbərlər

Vyetnamın birinci xanımı Azərbaycanın Xan plovunu kəsdi
07 dekabr, 2015 13:16

Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoyda Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi xeyriyyə yarmarkasında iştirak edib.

ERtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını əks etdirən şəkillərdən istifadə olunub.

Yarmarka zamanı ölkəmizə məxsus milli suvenirlər, xalçalar, Azərbaycanda istehsal olunan mürəbbə və çaylar, səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və digər təbliğat materialları nümayiş etdirilib.

Bundan başqa, Azərbaycan stendini ziyarət edənlərə milli mətbəximizin ləziz nümunələri – plov, dolma, qutab, kükü, kətə, lavaş, firni, habelə çay təqdim olunub.

Vyetnamın birinci xanımı May Thi Han və xarici işlər nazirinin xanımı Nquyen Nquyet Nqa Azərbaycan stendini ziyarət ediblər.

May Thi Han Azərbaycan stendinin yarmarkada ən çox bəyəndiyi stend olduğunu vurğulayıb və Xan plovunu kəsməklə öz dəstəyini ifadə edib.

Yarmarkada səfirliyin əməkdaşlarının, eləcə də onların ailə üzvlərinin Azərbaycan milli paltarlarında iştirakı ölkəmizin stendini digərlərindən fərqləndirən əsas amillərdən biri olub və tədbirə qatılanlarda böyük maraq doğurub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.