Bu gün Bakıda Türkiyə Filmləri Həftəsi başlayır.
ERtv.Az-a Türkiyə səfirliyindən verilən məlumata görə, tədbir bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, TİKA, Yunis İmrə İnstitunun iştirakı ilə baş tutacaq.
Dekabrın 12-də yekunlaşacaq film həftəsində biri sənədli olmaqla, 9 film nümayiş etdiriləcək.
Türkiyə Filmlıri Həftəsi çərçivəsində azərbaycanlı kinosevərlərə məşhur rejissorların beynəlxalq festivallarında mükafatlar qazanmış, tamaşaçılar tərəfindən yüksək qiymət almış filmlər təqdim ediləcək.
Film həftəsinin açılışında Osman Sınavın “Uzun hekayə” filmi nümayiş etdiriləcək, sonrakı günlərdə “Ustaya saygı”, “Özel gösterim”, “Momo Kız Kardeşim”, “Lal Gece”, “The İmam”, “Gəlin”, “Bir zamanlar Anadoluda” və digər filmləri təqdim olunacaq.
Həftəyə Önər Kılıcın “Tünel” sənədli yekun vuracaq.