İlham Əliyev “BakuTel-2015” sərgisi ilə tanış olub
02 dekabr, 2015 10:49
Gün.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, dövlətimizin başçısına məlumat verildi ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir.
Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.
Sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.
“BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə Azərbaycan Prezidentinin iştirakı ilə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalandı.