Xəbərlər

Stiven Siqalın dekabrda Heydər Əliyev Mərkəzində konserti olacaq
03 dekabr, 2015 10:44

Qeyd edək ki, Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqiyə aktyorluqdan çox daha əvvəl başlayıb. Belə ki, Siqal 12 yaşında ikən gitara ifa etməyə başlayıb. Və əsasən blüz janrına üstünlük verib.

İllərlə öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri-Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens “Qeytmaut” ilə birgə ifalar edib, blüza olan sevgisini onlarla bölüşüb.

Stivenin anası onun “musiqisini dünya eşitməlidir” deyəndən sonra Siqal ilk albomunu buraxır. 2005-ci ildə işıq üzü görən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında ən çox satılan albomlardan olur və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirir.

2006-cı ildə daha bir musiqi albomu - “Mojo Priest” təqdim olunur. Tənqidçilər tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan “Mojo Priest” təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzun əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi əfsanələrin musiqisini də özundə birləşdirir.

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərək “Stiven gitara çalmaqda mahir ustadır” - deyə söyləyib. Stivenin blüzu ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı onun yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

Qeyd edək ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və artıq 1988-ci ildə ilk filmi “Qanundan yüksəkdə” ekran əsərində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor “Mühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında” və s. filmlərdə rol alıb.
Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.

Bu il sentyabrın 21-də Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin Auditorium zalına heyran olmuş və burada konsert vermək arzusunu bildirmişdi.

Dekabrın 16-ı və 17-də bir saatdan artıq davam edəcək konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə izləyicilərin qarşısına çıxacaq.

Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.