Xəbərlər

Ombudsmanın əməkdaşları 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər
02 dekabr, 2015 10:41

Ombudsman Aparatından verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, daxil olmuş müraciətlərin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin kameralarına, cərimə təcridxanasına, karantin otağına və digər obyektlərinə baxışlar keçirilib, qış rejiminə keçidlə bağlı saxlama şəraiti, istilik, qidalanma, içməli, isti və soyuq su təminatı, habelə tibbi yardım və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Yeni və müasir standartlara cavab verən cərimə təcridxanasının tikilməsi və yeni karantin otağında təmir işlərinin aparıldığı müsbət qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bəzi şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib və bir sıra müraciətlər yerində araşdırılaraq təmin edilib.

Mətbuatda barəsində bir sıra məlumatlar yayılmış Rauf Sultanov da təkbətək qəbul edilib, MPQ-nin həkim üzvünün iştirakı ilə bədəninə baxış keçirilib, hər hansı xəsarət izi aşkar edilməyib, aclıq aksiyasına başlaması ilə bağlı müraciəti olmayıb, işi üzrə qaldırdığı məsələlər yerində araşdırılıb. Habelə əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürünü bildirib.

Qəbul edilmiş şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.