Xəbərlər

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib
03 dekabr, 2015 10:39

Yeni evlərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının uğurlu icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. 

Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib. 

İstifadəyə verilən mənzillərdə ailələrin normal yaşayışı üçün hər bir şərait yaradılıb.

Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir. 

Qeyd olunan rayonların İcra Hakimiyyətlərinin, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısından bəhs ediblər.

Bildirilib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsidir ki, dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətli inkişaf tempinə malik Azərbaycanda eyni zamanda güclü sosial siyasət aparılır, mühüm sosial proqramlar icra olunur. 

Ölkədə müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər də ilbəil daha geniş vüsətlə davam etdirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.