Rəyi soruşulanların 77 faizi İŞİD-in Macarıstan üçün təhlükəli olduğunu hesab edib
03 dekabr, 2015 10:38
AZƏRTAC-a istinadən xəbər verir ki, cəmiyyətdə İŞİD təhlükəsi ilə bağlı həyəcan da artır.
İctimai Rəyin Öyrənilməsi Mərkəzinin noyabrın 2-9-da apardığı araşdırma göstərib ki, İŞİD ətrafında hadisələrə dair məlumat ölkə əhalisinin üçdə iki hissəsini maraqlandırır.
Özlərini “fəal maraqlanan” adlandıranların sayı bu ilin iyul ayından 8 faiz artıb. Mərkəzin verdiyi məlumata görə, təhlil noyabrın 13-də Parisdə törədilən terror aktlarından qabaq aparılıb.
Analitiklər belə bir məsələyə diqqət yetiriblər ki, terror aktlarından qabaq rəyi soruşulanların 77 faizi İŞİD-in Macarıstan üçün təhlükəli olduğunu hesab edib.
Macarıstan vətəndaşlarının 88 faizi İŞİD-i bütün dünyaya əsas təhlükə mənbəyi kimi qəbul edib.