Xəbərlər

Dünyada meqapolislərin və əhalisinin sayı 10 milyon nəfərdən çox olan şəhərlərin sürətlə artması müşahidə olunur
02 dekabr, 2015 10:37

BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, BMT-nin Paris sammitinə paralel keçirilən müşavirənin iştirakçıları böyük şəhərlərin qlobal istiləşmənin nəticələrinə uyğunlaşması yollarını müzakirə edirlər.

Meqapolislər bir çox çətinliklərlə üzləşirlər, lakin məhz bu şəhərlər böyük ehtiyatlara, o cümlədən bu cür çətinliklərin öhdəsindən gəlmək üçün zəruri olan texniki, elmi və insan ehtiyatlarına malikdir.

 “Su, meqapolislər və iqlim dəyişiklikləri” beynəlxalq müşavirəsi meqapolislərin nümayəndələrinə və dünya ekspertlərinə şəhər sakinlərinin iqlim dəyişikliklərinin nəticələrinə uyğunlaşması yolları haqqında fikir mübadiləsi aparmağa imkan verəcək.

 Konfransda 12 meqapolis, o cümlədən Bombey, Buenos-Ayres, Çikaqo, İstanbul, Laqos, London, Manila, Mexiko, Nyu-York, Paris, Pekin, San-Paulu və Tokio haqqında tematik araşdırmalar təqdim olunacaq.

Müşavirə ümumi platforma yaratmaq çağırışı ilə başa çatacaq.

Bu platformanın köməyi ilə böyük şəhərlərdə su ehtiyatlarının idarə olunması və iqlim dəyişikliklərinə uyğunlaşma üzrə layihələr işləyib hazırlamaq mümkün olacaq.

Qeyd edək ki, 2011-ci ildən etibarən dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır.

 Meqapolislərin və əhalisinin sayı 10 milyon nəfərdən çox olan şəhərlərin sürətlə artması müşahidə olunur. 

Spesifikası, əhalinin, malların və xidmətlərin cəmləşməsi səbəbindən meqapolislərin ən zəif yeri su ilə bağlı risklərdir. 

İqlim dəyişiklərinin – daşqınların, su mənbələrinin çirklənməsinin, su çatışmazlığının nəticələri ilə bağlı vəziyyət kəskinləşir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.