Ukraynanın baş naziri : "Türkiyənin ərzaq təhlükəsizliyini təmin etməyə hazırıq"
02 dekabr, 2015 10:35
“112.ua” saytına istinadən məlumata verir ki, Ukraynanın baş naziriArseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında bu bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Rusiya tərəfindən Türkiyəyə ticarət embarqosu tətbiq olunması və dənli bitkilər, yağ ixracına qadağa qoyulması da mümkündür.
"Biz aydın şəkildə bildiririk ki, əgər Rusiya Türkiyəyə dənli bitkilərin və yağın ixracını qadağan edərsə, Ukrayna Türkiyəyə əlini uzatmağa hazırdır və biz bu halda Türkiyənin ərzaq təhlükəsizliyini təmin edəcəyik.
Baş nazir Aqrar Siyasət Nazirliyinə artıq müvafiq tapşırıq vermişik və onlar türk tərəfdaşlarımızla məsləhətləşmə aparıb”- deyə, o, bildirib.