Baş həkim: "Nardaranda yaralananlardan hələ də xəstəxanada qalanlar var"
01 dekabr, 2015 14:55
Baş həkim bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər hələ də xəstəxanada müalicə alır. Yaralıların vəziyyəti normaldır və həyatı təhlükəsi yoxdur.
Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaranda keçirdikləri əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər öldürülüb, bir neçə nəfər isə yaralı vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.