Millət vəkili jurnalisti günahlandırdı: “Rəsulzadə ilə bağlı səsləndirmədiyim əksər fikirləri mənim adımdan veriblər”
01 dekabr, 2015 14:54
Bunu jurnalistlərə açıqlamasında Gəncəni parlamentdə təmsil edən yeni deputat Naqif Həmzəyev ADR-in banisi Məhəmməd Əmin Rəsulzadə barədə mətbuatda ona istinadən yayılan qalmaqallı fikirlərə münasibət bildirərkən deyib.
Onun bildirdiyinə görə, “Yeni Müsavat”dakı məqalə həmin daloqun ruhuna tamamilə ziddir.
“Orada xanm jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb.
Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Buna çox təəssüf edirəm”- deyə, o, jurnalistlərə açıqlamasında sonra sözlərinə əlavə edib.