Rusiyadan növbəti qadağa: türk futbolçular Rusiya çempionatında oynaya bilməyəcəklər
30 noyabr, 2015 13:27
Rusiya Futbol Federasiyasının da rəhbəri olan nazir deyib ki, türkiyəli futbolçular bundan sonra Rusiya çempionatında oynaya bilməz. Yalnız bu qərar “Rubin” klubunun futbolçusu Gökdəniz Qaradənizə aid deyil:
“Gökdəniz Karadenizə rus deyə bilərik. Çox yaxşı insandır. Hamı onun kimi olsaydı, hər şey yolunda olardı”.
Nazir onu da əlavə edib ki, Rusiya klubları növbəti mövsüm üçün transfer etmək istədiyi Türk futbolçulardan gözlərini çəksinlər.