Xəbərlər

Beynəlxalq “Gənclik-İstanbul” film müsabiqəsinin qalibləri mükafatlandırıldı
30 noyabr, 2015 13:26

“Gənclik-İstanbul” adlı “Beynəlxalq film müsabiqəsi”ndə qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətlərinin təntənəli mükafatlandırma mərasimi keçirilib.

Belə ki, İKGF və Boğaziçi Beynəlxalq Film Dərnəyinin nümayəndələrindən ibarət jüri finala qədər yüksəlmiş 10 ölkəni təmsil edən 12 filmdən ən peşəkar və üstün 4 filmi qalib olaraq seçiblər.

Aşağıdakı filmlər və onların rejissorları qalib elan olunub:

1-ci yer Ahmet Bikic “Ana” (Türkiyə)

2-ci yer Güzel Osmanova “Özünə inan” (Tatarstan, RF)

3-cü yer Damiel Hernandez “Niyə?” (İspaniya)

Xüsusi mükafat Soheil Sadeghi “Gözəl şəhər” (İran)

Xatırladaq ki, İƏT Gənclər Forumu tərəfindən İstanbul şəhərinin 2015-ci il üçün “İslam dünyası Gənclik Paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirləri çərşivəsində 3 ay bundan əvvəl sözügedən müsabiqəyə start verilib. Keçən müddət ərzində  Kambojadan tutmuş Komor adalarına qədər İran, İsveç, Hindistan, Çin, Braziliya, Fransa, Türkiyə, İspaniya, Litva, Fələstin kimi ölkələr daxil olmaqla 57 ölkədən müsabiqəyə 859 film göndərilib.

Müsabiqəyə göndərilən filmlər “qaçqınlar”, “zorakılıq və terrorizm”, “gəncliyin iştirakı”, “qloballaşma və etnik çağırışlar” və s. mövzulara uyğun olub.  Finalçılar siyahısına düşmüş 12 film eyni zamanda Boğaziçi Film Festivalı çərçivəsində 21 və 24 noyabr tarixlərində İstanbulda nümayiş etdirilib.

Mükafat alan filmlər İKGF-nin "Youtube" ve "Facebook" kanallarında da yayımlanacaq. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.