Türkiyə tərəfindən vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirilib
30 noyabr, 2015 13:21
Bu barədə məlumat verən Baş nazir Əhməd Davudoğlu deyib ki, pilotun nəşinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dini ənənələrə uyğun olaraq həyata keçirilib.
Cənazə Rusiya dövlətinin tələbinə uyğun qaydada qarşı tərəfə təhvil veriləcək.
Qeyd edək ki, polkovnik-leytenant O. Peşkov təyyarə vurulandan sonra katapult edib və paraşütlə yerə düşərkən suriyalı döyüşçülər tərəfindən öldürülüb. Digər ekipaj üzvü kapitan Konstantin Muraxtin isə sağ tapılaraq xəsarətlərlə hospitala çatdırılıb.