"E-hökumət" portalı üzərindən 20-dən çox yeni xidmət istifadəyə veriləcək
30 noyabr, 2015 13:21
AZƏRTAC-a istinadən xəbər verir ki, portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, hazırda bu istiqamət üzrə 20-dən çox yeni xidmət elektronlaşdırılıb. Bu xidmətlər tezliklə "E-hökumət" portalı üzərindən vətəndaşların istifadəsinə veriləcək.
Xatırladaq ki, hazırda portalda 45 qurum tərəfindən 432 xidmət "vahid pəncərə” prinsipi ilə təqdim olunur.