Xəbərlər

Azərbaycan Türkiyə TİR-lərinin Mərkəzi Asiyaya yolunu açdı – Rusiya sanksiyalarına cavab
30 noyabr, 2015 13:19
ANS PRESS-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq yükdaşımalar dərnəyinin açıqlamasında bildirilir ki, Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana getmək istəyən Türkiyə dövlət nişanlı yük maşınları bundan sonra Xəzər dənizi dəhlizini istifadə edəcək.
 
Suriya sərhədində Rusiyaya məxsuss Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra Türkiyə TIR-ları neçə gündür ki, Gürcüstandan Rusiya ərazisinə buraxılmırdı.
 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə Bakıda səfərdə olarkən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə Türkiyə TIR-larının yük daşımasında problemlərin yaranması ilə bağlı məsələ qaldırmışdı. Nazir Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib.
 
Bundan sonra İlham Əliyev Türk TIR-larının tranziti üçün hər cür yardımın edilməsi ilə bağlı təlimat verib. Təlimatdan sonra iki ölkənin səlahiyyətliləri qərara gəlib ki, türk TIR sürücülərinin sərhədi keçməyə dair sənədi olmasa da cəzalandırılmayacaq.
Gürcüstanda neçə gündür ki, qalan Türk TIR-larının ötən gecədən etibarən Xəzər dəhlizindən istifadə etməyə başladığını deyən Şener bildirib ki, yük maşınları artıq Qazaxıstan və Qırğızıstana doğru yola çıxıb. Onun sözlərinə görə, Gürcüstanda qalan Türkiyə dövlət nömrə nişanlı TIR-ların sayı 30-a düşüb.
 
Bakıdan Türkmənbaşı (Türkmənistan) və Aktau (Qazaxıstan) limanları istiqamətində səfərlərin başladığını deyən Şener bildirib ki, Xəzər dənizindən tranzit yolu əvvəlkindən çox qısadır. "Bu tranzit yol daimi olarsa, Azərbaycan iqtisadiyyatı da fayda görəcək", deyə Şener bildirib.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.