Xəbərlər

Türkiyəyə iqtisadi sanksiyalar Rusiyada 13 faizdən çox inflyasiyaya səbəb olacaq – ekspert
27 noyabr, 2015 15:25
Rusiyanın  baş naziri Dmitri Medvedev Türkiyəyə qarşı geüniş iqtisadi sanksiyaların tətbiq ediləcəyinin anonsunu verib.
 
Belə ki, sanksiyalar iqtisadi əməkdaşlıq proqramlarının doldurulması, maliyyə əməliyyatlarının kəsilməsi, ticari müqavilələrin ləğvi ilə müşaiyət olunacaq. Bundan başqa gömrük tariflərinə, turizm, aviadaşımalara da sanksiyalar tətbiq ediləcək.
 
Türkiyə Rusiyanın ən iri iqtisadi tərəfdaşlarından biri olduğundan, sözsüz ki, sanksiyalar Rusiyanın özünə də neqativ təsir göstərəcək.
 
D.Medvedev deyib ki, Türkiyə ilə birgə investisiya layihələrinin dayandırılması da nəzərdə tutulur. Belə ki, “Rosatom” Türkiyə sahillərində “Ağquyu” Atom Elektrik Stansiyası tikməyə başlayıb. Layihəyə artıq 3 milyard dollar ayrılıb. Ümumi məbləği isə təxminən 22 milyard dollardır.
 
Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, “Türk axını”  qaz layihəsi də bu sanksiyaların çərçivəsində daxil edilə bilər.
 
Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətlərdə enerji əməkdaşlığı mühüm yer tutur. Belə ki, “Qazprom” Türkiyəyə 2014-cü ildə 23,7 milyard kub metr qaz ixrac edib ki, bu da Rusiya şirkətinin ümumi qaz hasilatının 5,3%-dir. Bundan başqa Türkiyə Rusiyadan xam neft və kömür alır – Türkiyənin idxal etdiyi kömürün 29%-i Rusiyanın payına düşür.   
 
Bundan başqa Rusiyanın mərkəzi bankının məlumatına əsasən, Türkiyənin Rusiyaya birbaşa investisiyaları 2014-cü ildə 135 milyon dollar, 2015-ci ilin birinci rübündə isə 120 milyon dollar təşkil edib. Ötən il Rusiyanın Türkiyəyə birbaşa investisiyaları 1,18 milyard dollar, 2015-ci ilin birinci rübündə isə 786 milyon dollar təşkil edib.
 
Sanksiyalar həmçinin Türkiyədən kənd təsərrüfatı məhsullarının gətilrilməsinə də aid olacaq. Türkiyədən bu sahə üzrə Rusiyaya idxalın həcmi 2014-cü ildə 1,76 milyard dollar təşkil edib. Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalında isə Türkiyənin payı 4,3%-dir.
 
D.Medvedev deyib ki, Türkiyədən olan biznes strukturların Rusiyada fəaliyyətinə də məhdudiyyət qoyulacaq. Türkiyə inşaat sektoru assosiasiyasının məlumatına əsasən, 2013-cü ilin sonuna Türk iş adamlarının Rusiyanın inşaat sektorunda layihələrinin ümumi qiyməti 5,7 milyard dollar olub.  
 
Ekspertlər qeyd edirlər ki, Türkiyə yeyinti məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılması birmənalı olaraq qiymət artımına səbəb olacaq. Yeyinti məhsulları sahəsində inflyasiya  15% təşkil edə bilər. 
 
Rusiyanın müasir inkişaf və vətəndaş təşəbbüsləri institutunun eksperti Nikita Maslennikov RBK-a deyib ki, Türkiyəyə tətbiq edilən sanksiyalar birbaşa olaraq inflyasiyada özünü göstərəcək.
 
“Ümumi inflyasiyanın 13%-i ötəcəyi dəqiqdir”, - ekspert deyib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.