Zakir Həşimov və Vəhdət Sultan-zadə də səfir vəzifəsindən geri çağırıldılar
25 noyabr, 2015 12:46
AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında, Vəhdət Məmmədağa oğlu Sultan-zadə isə Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.