Xəbərlər

Çempionlar Liqasında bol qollu gecə
25 noyabr, 2015 12:43

E qrupunda növbəti mərhələyə çıxmaq şanslarını az da olsa saxlayan “Bayer” autsayder BATE ilə bacarmayıb. Lider “Barselona” isə “Roma”nı darmadağın edərək sona bir tur qalmış növbəti mərhələyə çıxmağı dəqiqləşdirib.

F qrupunun iki eyni xala malik komandası “Bavariya” ilə “Olimpiakos”un qarşılaşmasında münhenlilər yunanları 4 qola "qonaq edib". Bu, Qvardiolanın yetirmələrinə növbəti tura çıxmaq üçün kifayət edib. “Arsenal” isə 3 xala malik digər komanda Zaqreb “Dinamo”sunu 3 dəfə cəzalandırıb.

G qrupunda bu oyuna qədər birinci yerdə qərarlaşmış “Portu” Kiyev “Dinamo”suna uduzub. “Çelsi” isə autsayder “Makkabi”nin qonağı olub. Londonlular özlərini qonaq kimi aparmayaraq, ev sahiblərinə 4 cavabsız qol vurublar.

H qrupunda lider “Zenit” “Valensiya”nı udaraq 5-ci matçından da qələbə ilə ayrılıb. Autsayder "Lion” isə “Gent”ə uduzub.

E qrupu

BATE (Belarus) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:1

Qollar: Qordeyçuk, 2 - Mehmedi, 68

"Barselona" (İspaniya) - "Roma" (İtaliya) - 6:1

Qollar: Suares, 15, 44, Messi, 18, 60, Pike, 56, Korrea, 77 - Ceko, 90+1

F qrupu

"Bavariya" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) - 4:0

Qollar: Duqlas Kosta, 8, Levandovski, 16, Müller, 20, Koman, 70

"Arsenal" (İngiltərə)  - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

Qollar: Özil, 29, Sançez, 33, 69

G qrupu

"Makkabi" (Təl-Əviv, İsrail) - "Çelsi" (İngiltərə) - 0:4

Qollar: Keyhil, 21, Villian, 73, Oskar, 77, Baba, 90+1

"Portu" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2

Qollar: Yarmalenko, 35, Qonzalez, 64

H qrupu

"Zenit" (Rusiya) - "Valensiya" (İspaniya) - 2:0

Qollar: Şatov, 15, Dzyuba, 73

"Lion" (Fransa) - "Gent" (Belçika) - 1:2

Qollar: Ferri, 7 - Miliçeviç, 32, Kulibali, 90+4

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.