Nazir parlamentdə gənclər və idman komitəsinin yaradılmasını alqışladı
26 noyabr, 2015 12:37
Nazirlik müxtəlif vaxtlarda parlamentin sosial siyasət komitəsi ilə birgə bir neçə layihə həyata keçirir.
Gün.Az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, gənclər və idman sahəsinə Azərbaycanı dövləti, parlamenti tərəfindən diqqətin daha da artırılması onları çox sevindirir:
“İnanırıq ki, Milli Məclisin yeni yaranan gənclər və idman komitəsi həmin sahələrin inkişafına mühüm töhfələr verəcək”.
Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarına hazırlıqla bağlı sualı cavablandıran nazir qeyd edib ki, bu sahədə işlər qrafikə uyğun aparılır:
“Bəzi küçələrdə asfalt örtüyü dəyişdirilir. Bu işlər görülərkən çalışırıq ki, paytaxt sakinləri üçün narahatlıq yaranmasın”.