Rusiya və Türkiyə XİN rəhbərləri Su 24-lə bağlı müzakirə aparıb
26 noyabr, 2015 12:35
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovbildirib.
Onun sözlərinə görə, həmkarı ilə telefon danışığı olub və Türkiyə XİN rəhbəri təyyarənin vurulması ilə bağlı başsağlığı verib:
“Biz dünən Türkiyə tərəfindən yüksək səviyyədə izahatın verilməsini gözləyirdik, amma heç vaxt olmamasından gec olması yaxşıdır”.
Lavrov deyib ki, türkiyəli həmkarı hadisə ilə bağlı təəssüfini bildirib, bununla belə öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışıb.