Gələn ildən Biləcəri sakinləri də Bakı-Sumqayıt-Bakı qatarından istifadə edə biləcək
25 noyabr, 2015 12:32
Azərtac-a istinadən verdiyi xəbərə əsasən, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdeyib.
Onun sözlərinə görə hal-hazırda Biləcəri stansiyasında yenidənqurma işləri həyata keçirilir. Bu səbəbdən Bakı-Sumqayıt-Bakı elektrik qatarı bu stansiyada dayanmır.
“Biləcəri stansiyasında yeni turniketlər quraşdırılır, gediş və gəliş platformalarında işlər görülür. Gələn ilin birinci yarısınadək işlər yekunlaşacaq və Bakı-Sumqayıt-Bakı elektrik qatarı Biləcəri stansiyasında dayana biləcək”, – deyə Nadir Əzməmmədov vurğulayıb.