Xəbərlər

Fikrət Qocadan Vahid Əzizə cavab: “70 il gözləmisən, bir gün də gözlə”
24 noyabr, 2015 16:03

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Fikrət Qocaşair, tərcüməçi, sözügedən qurumun üzvü Vahid Əzizin onun və Anarın ünvanına səsləndirdiyi ittihamlara münasibətini bildirərkən deyib.

Qeyd edək ki, V.Əziz mətbuata açıqlamasında Yazıçılar Birliyinin sədri Anarı və birinci katibi Fikrət Qocanı onu ad günü münasibətilə təbrik etməməsinə görə tənqid edib.

“Ədəbiyyat” qəzetinin nizamnaməsinə görə yubileyi olan hər bir yazıçı, şair orada təbrik olunmalıdır. Mən Qarabağ müharibəsi veteranıyam. Mən erməni gülləsinin qarşısında oturanda onlar haradasa kabab yeyib. bığlarını yağlayırdılar. 

Həmin vaxt – vətənin dar günündə Anar, Fikrət Qoca keflə məşğul idilər. Qorxudan Azərbaycandan qaçıb Türkiyədə gizlənmişdilər. Amma mən döyüşürdüm, xidmət edirdim”, - deyə V.Əziz deyib.

F.Qoca öz növbəsində qeyd edib ki, bu həftənin 5-ci günü “Ədəbiyyat”qəzetinin növbəti sayı çıxacaq.

“Səbr edib, baxıb görəydi ki, orada təbrik var, yoxsa, yoxdur, ondan  sonra nəsə deyəydi də”- deyən F.Qocanın sözlərinə görə, artıq AYB tərəfindən V.Əzizin ittihamlarına rəsmi cavab verilib.

“Eyni zamanda, görünür, onun o vaxtdan ürəyində qalıbmış ki, biz onunla heç vaxt heç yerə getməmişik. Bizim axı, onunla harasa getməyimizə də, onun iddia etdiyi kimi, qaçıb gizlənməyimizə də ehtiyacımız olmayıb. Bunlar gülünc sözlərdir.

Həm də onunla harasa getməyə yaşımız imkan verməyib, o, bizdən yaşca xeyli kiçik olub, məndən düz on yaş kiçikdir...

Onun ilk şerlərinə də mən baxmışam, daha doğrusu, rəhmətlik Rəsul müəllimdən xahiş etmişəm ki, onun şerlərinə baxsın. Rəsul Rza da Anarın atasıdır. Görünür, indi bu, bunun bizə  “sağoludur” - deyə, F.Qoca sözlərinə əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.